|
"İnam" Plüralizm
Mərkəzi 10 il ərzində siyasi, iqtisadi,
azad seçkilər, vətəndaş təhsili,
insan hüquqları və başqa mövzularla
bağlı 2100-dən artıq seminar keçirib.
Bu tədbirlərdə Azərbaycanın
40 bölgəsindən 6 mindən çox
adam iştirak edib.
"GƏNC SİYASİ
LİDERLƏR MƏKTƏBİ" PROQRAMI
1996/99-cu illərdə həyata
keçirilən "Gənc Siyasi Liderlər
Məktəbi" proqramı Azərbaycanda
gənc siyasətçilərin hazırlanması
baxımdan ilk layihələrdəndir.
Proqram çərçivəsində
Azərbaycanın müxtəlif siyasi partiyalarının
200-dən artıq gənc üzvünün
iştirak etdiyi 52 seminar keçirilib. Bu seminarlarda
gənc siyasətçilər çağdaş
siyasi biliklər, demokratik dövlətlərdə
toplanmış nəzəri və praktiki
təcrübə, plüralist demokratiya,
vətəndaş hüquqları, siyasi
hüquqlar, siyasi cərəyanlar, bəzi
demokratik dövlətlərin strukturu, demokratik
seçki, azad KİV və politologiyanın
müxtəlif sahələrilə bağlı
mövzularla tanış olublar. Hər seminarın
mövzusuna aid broşurlar
çap edilərək iştirakçılara
paylanıb.
Əsasən Azərbaycanın
kənd rayonlarından olan iştirakçılar
ölkənin tanınmış siyasi liderləri,
ictimai xadimləri ilə, həmçinin
xarici ölkələrdən gəlmiş
curnalist və politoloqlarla görüş
keçirmiş, diskusiyalar aparmışlar.
Müxtəlif siyasi ideologiyaların təmsilçiləri
olan iştirakçılar öz aralarında
ünsiyyət və konstruktiv dialoq vərdişlərinə
yiyələniblər.
AZAD VƏ ƏDALƏTLİ
SEÇKİLƏR PROQRAMI
Mərkəz ölkənin müxtəlif
şəhər və rayonlarında demokratik
yönlü siyasi partiyaların seçki
qərərgahlarının və müstəqil
namizədlərin seçki komandalarının
üzvləri üçün 1, yaxud 2 günlük
treninq-seminarlar keçirir.
Treninqlərin əsas mövzular
bunlardır:
- Elektoratla işin təşkili üçün
nəyi bilməli
- Namizədin zəruri addımları
- Seçki kampaniyasının strategiyası
- Seçki kampaniyasının təşkili
və planlaşdırılması
- Seçki komandasının formalaşdırılması
- Rəqiblərin təhlili
- Mətbuatla iş
- Seçki platformasının hazırlanması
- Cəlbedici imicin tərkib hissələri
- Təbliğatın təşkili
- Müşahidəçi üçün
11 qızıl qayda
- Seçki günü müşahidə
2000-ci il parlament seçkiləri ərəfəsində
Mərkəz ölkənin 15 rayonunda "Azad
seçkilər" mövzusunda treninq-seminarlar
keçirilib. Bu tədbilərdə 500 nəfərə
qədər fəal seçici, müşahidəçi
və namizəd iştirak edib.
Bütün iştirakçılara Mərkəzin
seçkilərlə bağlı çap etdiyi
broşurlar
verilir.
"VƏTƏNDAŞ CƏMİYYƏTİNDƏ
YAŞAMAQ İSTƏYİRİK" PROQRAMI
"İnam" Plüralizm Mərkəzi 2000-ci
ildən etibarən "Vətəndaş Cəmiyyətində
Yaşamaq İstəyirik" adlı proqram
həyata keçirir. Bu proqramda məqsədimiz
treninq-seminarlar və onlara əlavə edilən
nəşrlər vasitəsilə Azərbaycanın
regionlarında ictimai fəallığın
yüksəldilməsi, üçüncü
sektor strukturlarının formalaşması
və inkişafı, yeni Təşəbbüs
Qrupları və QHT-lərin yaranmasına
kömək etməkdir.
Mərkəz indiyədək bu proqram çərçivəsində
Azərbaycanın 17 bölgəsində
500 nəfərdən çox fəalın
iştirak etdiyi 24 treninq-seminar keçirib.
Treninq-seminarlar 3 mərhələdə keçirilir:
1. YERLİ İCTİMAİ FƏALLAR ÜÇÜN
TRENİNQLƏR (1 günlük)
Məşğələnin mövzuları:
Demokratiyanın təməl prinsipləri,
Vətəndaş cəmiyyətinin strukturu,
Sən fəalsan. Səni hansı problem
düşündürür?, Sən fəalsan.
Problemi necə həll edərsən?, Könüllülər,
Könüllülər üçün stimul
mənbəyi, Könüllülərin
cəlb olunması strategiyası, Təşkilatlanma,
Demokratik təşkilatın strukturu, Fəaliyyətin
planlaşdırılması
2. QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI
LİDERLƏRİ ÜÇÜN TRENİNQLƏR
(3 günlük)
Məşğələnin mövzuları:
QHT-lərin cəmiyyətdə rolu, Liderlik
stili, İdeal lider, İdeal işçi,
Liderlik nəzəriyyələri, Rəhbər
kollektivin formalaşdırılması, Bölünən
rəhbərlik, Yığıncağın
keçirilməsi prinsipləri, Planlaşdırmanın
metodları, İdeyaların reallaşdırılması,
Layihə üçün resurslar, Layihəni
necə yazmalı, Donorlar, Sponsoru necə
başa düşməli
3. TRENERLƏR ÜÇÜN TRENİNQLƏR
(2 həftəlik)
Trenerliyə namizədlər seminar iştirakçıları
tərəfindən seçilirlər. İkihəftəlik
gərgin məşğələdən
sonra iştirakçılar təcrübəli
həmkarların köməkliyilə müxtəlif
sınaq treninqləri keçirirlər.
Bütün bunlardan sonra trenerlər müxtəlif
treninq, seminar və görüşlərdə
öz bilik və bacarıqlarını inkişaf
etdirirlər. Mərkəz hələlik
2 (avqust 2000, fevral 2002) dəfə belə
treninq keçirməyə nail olub. İnam
Plüralizm Mərkəzi sərbəst treninq-seminarlar
apara bilən trener komandasının yaranmasını
özünün bu sahədə ən böyük
uğuru hesab edir. Bu trener komandası Polşanın
Demokratiya üçün Təhsil Fondunun
və ABŞ-ın Şərqi Avropa Demokratiya
İnstitutunun yöməkliyi sayəsində
yaranıb.
Bir çox təşkilatlardan fərqli olaraq,
Mərkəz öz fəaliyyətində
peşəkar-trenerlərin və daimi işçi-trenerlərin
əməyindən istifadə etmir. Biz işimizi
trener komandasına daxil olan Mərkəzin
proqramları üzrə təlim keçmiş
müxtəlif yerli QHT-ləri təmsil edən
trenerlərlə qururuq.
İnam artıq Azərbaycanın müxtəlif
bölgələrində vətəndaş
təşəbbüsü, açıq cəmiyyət,
demokratiya ideyalarını daha effektiv yaya,
bu bölgələrdə demokratik fikirli
fəalların və liderlərin yetişməsinə
və təşkilatlanmasına, ictimai sektorun
yaranması və inkişafına yeni metodoloci
əsaslarla yardım edə bilir.
İNSAN HÜQUQLARI MÜDAFİƏÇİLƏRİ
ÜÇÜN TREYNİNQ-SEMİNARLAR PROQRAMI
1999 / 2001-ci illərdə "Bölgələrdə
yaşayan və fəaliyyət göstərən
insan hüquqları müdafiəçiləri
üçün" proqramı çərçivəsində
20 treyninq-seminarlar keçirilib.
MÖVZULAR
- İnsan hüquqlarının qorunması
və təşviqi ilə məşğul
olan milli təsisatlar
- İnsan hüquqlarının qorunması
üçün Avropa mexanizmləri
- Əlillərin hüquqlar
- Uşaq hüquqları
- Qadın hüquqları
- Hərbi qulluqçuların hüquqları
- Kütləvi informasiya vasitələri
və insan hüquqları
- İnsan hüquqları və seçkilər
- İstehlakçıların hüquqları
- Etinik azlıqların hüquqları
və münaqişələrin tənzimlənməsi
- İqtisadi, sosial və mədəni hüquqlar
- Qanun pozuntuları zamanı sənədləşdirmə
və müraciət qaydaları
- İnsan hüquqlarına dair mexanizm
- İnsan hüquqları müdafiəsi
tarixindən
- İnsan hüquqları və qaçqınlar
- İnsan hüquqları: Bəşəriyyətin
başlıca ideyası
- Əməkçi miqrantların hüquqları
- Məhbusların hüquqları
- İctimai müdafiənin təşkili
- Azərbaycanda siyasi hüquqların və
azadlıqların qanunvericilik təminatları
İŞTİRAKÇILAR
Bu treninq-seminarlarda Azərbaycanın 23 şəhər
və rayonundan 52 hüquq mudafiəçisi
daimi iştirakçı olub.
Bu tədbirlərdə ölkənin 25-dən artıq tanınmış alim və mütəxəsislərin məruzələri dinlənilmişdir. Məşğələlər İnam Plüralizm Mərkəzinin trener komandası tərəfindən aparılıb.
|